Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı – Politoloq

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı – Politoloq






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Azərbaycan, #Belarus, #Çin, #Ermənistan, #İlham Əliyev, #Nikol Paşinyan, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Şanxay, #Türkiyə, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Siyasətdə təsadüflər nadir hallarda olur. Müxtəlif sammitlərdə liderlərin toplantıdan əvvəl və ya fasilədə bir-birlərinə yaxınlaşıb qısa fikir mübadiləsi aparmaları və şəkillər çəkdirmələri adətən əvvəlcədən planlaşdırılır. Çində Şanxay Əməkdaşlıq Toplantısının fasiləsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin xanımlarıyla birgə söhbət etmələri də bu qəbildəndir.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə açıq söyləyib ki, Ermənistanla sülh bərqərar olub. Odur ki, İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif toplantılarda ayaqüstü görüşləri adi hal alıb. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onlara qoşulması isə Türkiyə-Ermənistan dialoqunun genişlənməsindən və yaxın gələcəkdə üçtərəfli formatın təsis oluna biləcəyindən xəbər verir. Rusiyanın informasiya agentlikləri Prezident Vladimir Putinin Çində Nikol Paşinyanla görüşün planlaşdırılmadığını, ancaq iki liderin görüşdüyünə diqqət çəkiblər. Putin təsadüfən Paşinyanla görüşməyib, bu təmas da əvvəlcədən planlaşdırılıb. Kremlin nəzarətindəki medianı Çindəki şəkillər içərisində ən çox qıcıqlandıran İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mehribancasına söhbəti olub. Kreml mediasının yanlış məntiqinə görə, əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Kremlin münasibətləri gərginləşdirdiyi Azərbaycan lideri ilə görüşməməlidir. Bu amilin özü Kremlin müttəfiqlərinə də yuxarından aşağı baxmasının göstəricisidir”, – deyə politoloq bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv