Yazıçı-publisist Salman Alıoğlu 70 yaşını qeyd etdi

Yazıçı-publisist Salman Alıoğlu 70 yaşını qeyd etdi






Rəşad Cəfərli

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Azərbaycan, #Jurnalistlər, #Kitab, #Məcburi köçkün, #Mətbuat Şurası, #Müharibə, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Vətən müharibəsi, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbuat Şurasında yubiley məclisi: Qarabağ həqiqətlərini qələmə alan müəllifə hörmət

         Azərbaycanın tanınmış yazıçı-publisisti, jurnalist Salman Alıoğlu 70 illik yubileyini qeyd edib. Tədbir Mətbuat Şurasında təşkil olunub.

       İlk məqaləsi 1971-ci ildə işıq üzü görən Salman Alıoğlu indiyədək 25-dən çox qəzet və jurnalda 5 mindən artıq yazısı ilə çıxış edib. O, həm publisistika, həm də bədii yaradıcılıqda Qarabağ mövzusunu daim diqqət mərkəzində saxlayıb. Müəllifin “Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan” və “Gözü yolda qalan var” kitabları bu sahədə mühüm əsərlərdən sayılır. “Müharibə” əsəri 1995-ci ildə keçirilən müsabiqədə ikinci yerə layiq görülüb. Bu il isə Salman Alıoğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

       Mətbuat Şurasının sədri Rəşad Məcid yubiley tədbirində çıxış edərək Salman Alıoğlunun “Ağdam”, “Qarabağ”, “Ədalət” və “Respublika” qəzetlərindəki fəaliyyətini xatırladıb. O, təcrübəli qələm sahibinin peşəkarlığını gənc jurnalistlər üçün örnək adlandırıb.

       Tədbirdə iştirak edən əməkdar jurnalistlər və yazarlar — Elşən Əliyev, Rəşid Faxralı, Xanlar Məmmədov, Elxan Salahov və digərləri Salman Alıoğlunun əsərlərində Qarabağın işğalı, məcburi köçkünlərin ağrılı taleyi, erməni vandalizmi və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin geniş əksini tapdığını vurğulayıblar. Onun yaradıcılıq nümunələrinin kənd həyatını da rəngarəng və canlı təsvir etdiyi bildirilib.

       Yubiley mərasimində istefada olan polis polkovniki Sadir Məmmədov, “Olimpiya dünyası” qəzetinin redaktor müavini Aslan Şahverdiyev də Salman Alıoğlu ilə bağlı xatirələrini bölüşüblər.

       Sonda yazıçı-publisistə Mətbuat Şurasının diplomu təqdim olunub.

   Rəşad CƏFƏRLİ,

  Mənbə: Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.