Azərbaycanda bu tikinti materiallarına qadağa qoyulacaq

Azərbaycanda bu tikinti materiallarına qadağa qoyulacaq






presstv

"Presstv"az #Azərbaycan, #Dünya Bankı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır.

presstvaz Report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq.

Özbaşına tikintilərin qarşısının alınması üzrə məsuliyyət sərtləşdiriləcək. Xüsusilə mühafizə və sanitar zonalarda, həmçinin neft-qaz yataqları ərazilərində qanunsuz tikinti işlərinə qarşı nəzarət gücləndiriləcək.

Şəhərsalma və Tikinti Məcəlləsində istifadə olunan anlayış və müddəalar dəqiqləşdiriləcək, vətəndaşların və sahibkarların maarifləndirilməsi üçün normativ dəyişikliklər ediləcək.

Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq. Tikintiyə dövlət nəzarətinə özəl şirkətlərin cəlb olunması imkanları araşdırılacaq.

Bundan başqa, tikinti layihələrinin ekspertizası və xərclərin hesablanması qaydalarının təkmilləşdirilməsi, eləcə də yükdaşıyan konstruksiyalarda yaranan problemlərə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulur.

Hazırlanacaq təkliflər beynəlxalq təcrübəyə uyğun olaraq Komissiyaya təqdim ediləcək.

Sənədin icra müddəti oktyabrın 1-nə qədər müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv