Lvovda ölkənin eks-spikeri 8 güllə ilə öldürüldü – Foto/Video

Lvovda ölkənin eks-spikeri 8 güllə ilə öldürüldü – Foto/Video






presstv

"Presstv"az #Hadisə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

14:00

Avqustun 30-da Lvovda, Frankivski rayonunda baş verən atışmada ictimai-siyasi xadim, Ali Radanın keçmiş spikeri, 1971-ci il təvəllüdlü Andrey Parubiy öldürülüb.

presstvaz xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Milli Polis şəhərdə atışma olduğunu təsdiqləyib və bildirib ki, hüquq-mühafizə orqanları ictimai-siyasi xadimin qətlinin səbəblərini müəyyənləşdirirlər.

***

İlkin ehtimala görə, Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy məşhur xidmətin kuryeri tərəfindən öldürülüb.

Ukraynalı jurnalist Vitali Qlaqola polisdəki öz mənbələrinə istinadən bildirib ki, Parubiy 8 güllə yarası alıb.

Qətl Lvovda Akademik Yefremova küçəsi 46 ünvanında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs “Glovo” xidmət kuryeri olub, sonra o, silahı çantasında gizlədib. Hücum edən şəxs sarı elementləri olan qara dəbilqə geyinib və elektrikli velosiped sürüb.

Polis onun axtarışlarına başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv