Serbiyanın daxili işlər nazirinə içində üç güllə olan məktub göndərilib

Serbiyanın daxili işlər nazirinə içində üç güllə olan məktub göndərilib






presstv

"Presstv"az #Audi, #Hadisə, #Nazirlər Kabineti, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Serbiya hökumətinin binasında içərisində güllələr olan zərf tapılıb və bu, ölkənin daxili işlər nazirli İvitsa Daçiç üçün göndərilib.

presstvaz-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Serbiya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, poçt göndərişi Pojarevats şəhərindəki “Serbiya poçtları” şöbəsindən həyata keçirilib.

“Polis poçt göndərişini təhvil verən şəxsi müəyyənləşdirərək tapıb, hadisənin bütün şəraitinin aydınlaşdırılması istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda bildirilib.

Məktubu göndərənin kimliyi açıqlanmayıb. Naziri təhdid edən insident Serbiya daxilində siyasi böhranın kəskinləşməsi fonunda baş verib.

Qeyd edək ki, Serbiyada ötən il noyabrın 1-də Novi-Sadda dəmiryol vağzalında tavanın uçmasından sonra tələbələr və müxalifət qüvvələrinin kütləvi etirazları başlayıb. İlkin olaraq sosial problemlərdən qaynaqlanan etirazlar tezliklə açıq-aşkar siyasi xarakter alıb, iştirakçılar təcili şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsini və hazırkı nazirlər kabinetinin istefasını tələb ediblər.

Etirazlar avqustun 18-də Belqrad, Novi-Sad və digər şəhərlərdə “Harada qalmışdıq?” şüarı altında yenidən başlayıb. KİV-də nümayişçilərin, həmçinin Novi-Pazarda Çernoqoriyaya gedən magistral yolu bağladıqları bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv