İşıq saçan bitkilər lampaları əvəz edəcək: Alimlərdən yeni ixtira

İşıq saçan bitkilər lampaları əvəz edəcək: Alimlərdən yeni ixtira






presstv

"Presstv"az #Audi, #Çin, #Dollar, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri günəş və ya lampa işığının altında bir neçə dəqiqə qaldıqdan sonra iki saata qədər işıq saça bilən sukkulentlər yaradıblar.

presstvaz bildirir ki, bununla bağlı “Matter” jurnalında məqalə dərc olunub.

Yaşıl rəngdə işıq saçan göbələklərdən tutmuş mavi qığılcımlar saçan planktona qədər təbiətdə biolüminesensiyanın möcüzələrini nümayiş etdirir. İndi adi otaq bitkiləri evə işıq saça biləcəklər.

Bunun üçün əvvəlki eksperimentlərdə olduğu kimi bitkilərin geni dəyişdirilməyib, onlara oyuncaqlarda və ya stikerlərdə istifadə olunan “işıq toplama” effektli birləşmələrə oxşar lüminofor hissəcikləri yeridiblər. Təxminən yeddi mikrometr ölçüsündə hissəciklər yarpaqlar üzərində bərabər paylanaraq onları mini “lampalara” çevirib.

“Avatar” dünyasını təsəvvür edin ki, burada bitkilər bütöv bir ekosistemləri işıqlandırır. Biz mövcud materiallardan istifadə edərək bunu reallığa çevirmək istədik. Küçələri fənərlərin əvəzinə işıq saçan ağacların işıqlandırdığını təsəvvür edin”, – tədqiqatın ilk müəllifi Şutin Lyu bildirib.

Alimlər üsulu müxtəlif növ bitkilər üzərində sınaqdan keçiriblər, lakin lüminofor hissəcikləri özündə ən çox toplayan sukkulentlər olub – onların yarpaqlarındakı sıx və eynihəcmli kanalları işıq saçan hissəciklərin daha sürətli yayılmasına kömək edib. Alimlər yarpaqların yaşıl, mavi və qırmızı rənglərdə işıq saçmasına nail ola biliblər. Komanda üzvləri 56 emal edilmiş bitkidən hətta ətrafdakı əşyaları işıqlandıra bilən parlaq “canlı divar” hazırlayıblar.

Belə bir bitkinin yaradılması təxminən bir dollara başa gəlir və onun hazırlanması təxminən 10 dəqiqə çəkir. İndi tədqiqatçılar metodun bitkilərin özləri üçün təhlükəsiz olub-olmadığını öyrənirlər, lakin artıq əmindirlər ki, texnologiya bağ və daxili işıqlandırmada tətbiq oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv