“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq






presstv

"Presstv"az #ABŞ, #ChatGPT, #Kaliforniya, #OpenAI

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"ChatGPT" neyroşəbəkəsinin sahibi "OpenAI" şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb. 

Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının "ChatGPT"ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.

Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək. 

Qeyd edək ki, şirkət bu qərarı ABŞ-də "ChatGPT" ilə intihar planlarını bölüşən 16 yaşlı gəncin ölümü ilə bağlı ittihamlar fonunda verib. Belə ki, Kaliforniyada həmin gəncin valideynləri "OpenAI"ni məhkəməyə verərək şirkəti övladlarının ölümündə günahlandırıb. "NBC News" telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemləri barədə danışıb. Valideynlərin iddiasına əsasən, övladları "ChatGPT"yə canına qəsd etmək niyyətində olduğunu dedikdə, çat-bot onunla söhbəti dayandırmayıb, üstəlik mövzu ilə bağlı ona məlumat verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv