Sərnişin avtobuslarında tutacaqlar niyə ləğv edilib? – ŞİKAYƏT

Sərnişin avtobuslarında tutacaqlar niyə ləğv edilib? – ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 125 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda tutacaqların ləğv edilməsi, sərnişinlərin narazılığına səbəb olub.

presstvaz-a daxil olan müraciətdə bildirilib ki, bu hal ayaqüstü gedən sərnişinlər üçün çətinlik yaradıb.

“Səhər və axşam avtobusda hədsiz sıxlıq olur. Tutacaqları ləğv ediblər, adam bilmir ki, nədən yapışsın. Hər dəfə sürücü əyləci basanda yıxılmamaq üçün az qala mübarizə aparmalı oluruq”, – deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı presstvaz-ın sorğusunu cavablandıran “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

“BakuBus” MMC-nin istismarında olan 125 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən bəzi avtobuslarda sərnişin tutacaqlarının qırılması halları aşkar olunub. Bununla bağlı avtobuslara texniki xidmət göstərən şirkətə rəsmi qaydada xəbərdar edilib və tutacaqların bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

“BakuBus” MMC olaraq qeyd edirik ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı bizim üçün əsas prioritetlərdəndir. Bu məqsədlə avtobuslarda təhlükəsizliklə bağlı qaydalara və texniki tələblərə xüsusi diqqət yetirilir, məsələ ilə əlaqədar mütəmadi monitorinqlər aparılır. Eyni zamanda, sərnişinlərin ictimai nəqliyyatdan düzgün istifadə etməsi ilə bağlı maarifləndirici tədbirlər və sosial media üzərindən məlumatlandırıcı paylaşımlar davamlı şəkildə həyata keçirilir.

Sərnişinlərimizin nəzərinə çatdırmaq istərdik ki, bu kimi hallarla üzləşdikdə “BakuBus” MMC-nin rəsmi sosial media platformalarına və ya info@bakubus.az imeyl ünvanına məlumat vermələri xahiş olunur”, – deyə Ə.Əliyeva qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv