Robbi Uilliams məhkəməyə verildi

Robbi Uilliams məhkəməyə verildi






presstv

"Presstv"az #Audi, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İrlandiyalı bəstəkar Rey Heffernan britaniyalı musiqiçi Robbi Uilyamsı məhkəməyə verir. O, müğənnidən “Angels” mahnısının satışından gələn qonorarın üçdə birini ona ödəməsini tələb edir.

presstvaz xəbər verir ki, bu barədə kommersant.ru məlumat yayıb.

1997-ci ildə buraxılan bu trek ifaçının ən populyar mahnılarından biri olaraq qalır. Məhz “Angels” treki “Take That” qrupundan ayrıldıqdan sonra Uilyamsa parlaq solo karyera təmin edib.

Britaniya mediasına görə, mahnının “Spotify”da 700 mindən çox dinləyicisi var. Trek 1,8 milyon rəqəmsal və fiziki nüsxədə satılıb.

Rey Heffernan iddia edir ki, o, “Angels” mahnısını Robbi Uilyams üçün oxuyub və daha sonra onlar mahnının demo versiyasını birlikdə yazdırıblar. Lakin trek dərc olunanda bəstəkarın adı çəkilməyib.

Heffernan 1997-ci ildə 7 500 funt sterlinq (təxminən 10 100 dollar) müqabilində mahnıya olan hüquqlarından imtina edib. İndi o, Aİ-nin müəlliflik hüququ qanununda bestseller adlanan bənddən istifadə etmək istəyir. Yeniliyə əsasən, əsər bestsellerə çevrilərsə, müəlliflər əlavə kompensasiya tələb edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv