Pakistanda 10 gün ərzində 400 nəfər öldü, 190-dan çox insan yaralandı

Pakistanda 10 gün ərzində 400 nəfər öldü, 190-dan çox insan yaralandı






presstv

"Presstv"az #Dollar, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-ə yaxın insan ölüb, 190-dan çox insan yaralanıb.

presstvaz xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

"Hökumət orqanlarının məlumatına görə, Pakistanda son 10 gündə Xayber-Paxtunxva, Qilqit-Baltistan və Kəşmirdə leysan yağışları və daşqınlar nəticəsində 400 nəfər ölüb, 190-dan çox insan yaralanıb. 20 mindən çox insan evsiz qalıb", – deyə idarədən bildirilib.

BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer yardım üçün 600 min dollar ayırıb.

Qeyd olunub ki, cari musson mövsümündə Pakistan güclü yağışlar və daşqınlar nəticəsində geniş dağıntılarla üzləşib. Səlahiyyətlilərin məlumatına görə, iyun ayından bəri 798 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv