Bu kosmetik vasitələrdən istifadə ciddi fəsadlar yarada bilər

Bu kosmetik vasitələrdən istifadə ciddi fəsadlar yarada bilər






presstv

"Presstv"az #Bakteriya, #Həkim, #Sağlamlıq, #Sosial şəbəkələr, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə “ikinci əl” kosmetik vasitələr satılır.

presstvaz-ın məlumatına görə, qiyməti digərlərindən nisbətən baha olan dodaq boyaları, tuş, losyon, tonal kremlər bir qədər istifadə edildikdən sonra ucuz qiymətə satışa çıxarılır.

Bu məhsulların daha ucuz qiymətə təklif olunması bir çox insan üçün cəlbedici görünsə də, mütəxəssislər bu cür məhsulların istifadəsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

Həkim Rasif Bağırov deyir ki, “ikinci əl” makiyaj vasitələri bakteriya və virusların yayılmasına səbəb ola bilər: “Nəinki “ikinci əl”, heç yaxınlarımızın kosmetik vasitələrindən belə istifadə etmək məsləhət görülmür”.

Müsahibimiz həmçinin bildirir ki, gözəllik salonlarında istifadə olunan bəzi alətlərin də təkrar istifadə edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Bundan başqa, gözəllik salonlarında əgər eyni tuş, pomada bir neçə şəxsə tətbiq edilirsə, göz infeksiyası və digər yoluxucu xəstəliklərin yayılma riski yaranır.

Daha ətraflı videomaterialı təqdim edirik. /Xezerxeber.az

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv