Nazir: “Prezidentin Vaşinqtona səfəri münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi”

Nazir: “Prezidentin Vaşinqtona səfəri münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Ceyhun Bayramov, #İlham Əliyev, #Nazirlər Kabineti, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təkan verdi”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, səfər çərçivəsində əldə olunmuş razılaşmalar Prezident İlham Əliyevin diplomatiyasının qələbəsinin növbəti bariz nümunəsidir:

“Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıqlar formalaşır. Bu münasibətlər son administrasiya dövründə xeyli zəifləsə də, İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Səfər çərçivəsində iki ölkənin prezidentləri tərəfindən imzalanmış Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında razılaşma əldə edildi. Strateji işçi qrupu enerji, ticarət və regional anlaşma, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələri əhatə edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv