“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü”

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü”






Rəşad Cəfərli

"Presstv"az #Ailə, #Arif Paşayev, #Avropa, #Azərbaycan, #Bakı, #Doğum günü, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Mehriban Əliyeva, #Milli Məclis, #Rəşad CƏFƏRLİ, #Şuşa, #Təbrik, #Təhsil, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə

       Avqustun 26-sı Azərbaycan üçün sadəcə bir tarix deyil – bu gün ölkəmizin parlaq simalarından biri, bütün fəaliyyətində humanizm, xeyirxahlıq və milli dəyərlərə sədaqəti ilə seçilən Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

       Onun həyat yolu və çoxşaxəli fəaliyyəti sübut edir ki, bir insan yalnız və yalnız xalqının sevgisi və etimadı ilə zirvəyə yüksələ bilər. Mehriban xanım da məhz bu etimadı doğrultmaqla, milli-mənəvi dəyərlərin təbliğində, Azərbaycanın dünyada tanıdılmasında, sosial-humanitar layihələrin həyata keçirilməsində, xalqımızın həm sevinc, həm də kədər anlarında yanında olmaqla bütün azərbaycanlıların qəlbində özünə əbədi yer qazanıb.

       Mehriban Əliyevanın şəxsiyyəti Azərbaycan qadınının əzəmətini, sadəliyini və müdrikliyini özündə təcəssüm etdirir. Onun fəaliyyəti bir nümunədir – xalqına bağlılıq nümunəsi, dövlətinə xidmət nümunəsi, vətən sevgisi nümunəsi.

Ziyalı ailəsinin davamçısı

       Mehriban Əliyevanın formalaşmasında ailəsinin böyük rolu danılmazdır. Ziyalı nəsildən gələn, elm və mədəniyyət mühitində yetişən Mehriban xanım yüksək mənəvi keyfiyyətləri və dəyərləri uşaq yaşlarından mənimsəyib. Onun babaları – görkəmli yazıçı Mir Cəlal Paşayev və tanınmış jurnalist Nəsir İmanquliyev, valideynləri – alim, akademik Arif Paşayev və professor, şərqşünas alim Aida İmanquliyeva Azərbaycanın elm və mədəniyyət salnaməsində özünəməxsus iz qoyublar. Bu mənəvi zənginlik və ziyalı mühiti isə Mehriban xanımın gələcək fəaliyyətində bünövrə rolunu oynayıb.

Xalqa xidmət missiyası

       1990-cı illərin mürəkkəb dövründə başladığı ictimai fəaliyyətini bu gün də davam etdirən Birinci vitse-prezident Azərbaycan Mədəniyyət Fondu, “Azərbaycan – İrs” jurnalı, Heydər Əliyev Fondu kimi qurumlarla xalqımıza və dövlətimizə misilsiz xidmətlər göstərib. Onun rəhbərliyi ilə minlərlə layihə həyata keçirilib, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı dünyada tanıdılıb.

       Şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara göstərilən diqqət və qayğı isə onun necə həssas və humanist bir xanım olduğunu bir daha sübut edir. Bu səbəbdəndir ki, xalqımız onu yalnız siyasətçi, ictimai xadim kimi deyil, həm də xalqın sevimli Mehribanı kimi tanıyır.

Dövlətçilikdə qadın imzası

       Milli Məclisdəki fəaliyyəti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlər, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər nüfuzlu tədbirlərin uğurla təşkili Mehriban Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük hörmət qazanmasına səbəb olub.

       2017-ci ildən Azərbaycanın Birinci vitse-prezidenti kimi dövlət idarəçiliyində fəal iştirak edən Mehriban Əliyeva xüsusən də işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işlərində, xalqımızın doğma yurdlarına dönüşündə misilsiz rol oynayır. Onun işğaldan azad olunmuş ərazilərdə məscidlərin, məktəblərin, mədəniyyət ocaqlarının açılışlarında iştirakı həm dövlətin, həm də xalqın birliyi və gücünün bariz ifadəsidir.

Xalqın sevgisinin rəmzi

       Mehriban Əliyevanı fərqləndirən ən mühüm cəhətlərdən biri də sadəliyi və səmimiyyətidir. “Mən sizin Mehriban” təqdimatı onun xalqa yaxınlığının, təvazökarlığının və xalqla bir ailə olma düşüncəsinin təcəssümüdür.

       Bu gün Azərbaycanın hər bir bölgəsində – Şuşada, Ağdamda, Zəngilanda, Gəncədə, Bakıda və ölkəmizin hər yerində onun adını daşıyan layihələr, xeyriyyə işləri, təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlər xalqın gələcəyi naminə atılmış nəcib addımlar kimi dəyərləndirilir.


Hörmətli Mehriban xanım!

       presstvaz Azərbaycan xəbər portaalı  kollektivi adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və xalqımızın rifahı naminə gördüyünüz müqəddəs işlərdə uğurlar, uzun ömür və möhkəm can sağlığı arzulayırıq!

       Siz sadəcə Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti deyilsiniz – Siz həm də xalqın sevimli övladı, qadın ləyaqətinin, humanizmin, milli dəyərlərə sadiqliyin canlı nümunəsisiniz.

Azərbaycan xalqı Sizinlə qürur duyur!

Rəşad CƏFƏRLİ,

  Mənbə: Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.