Almaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı

Almaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Berlində, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu “Dinamo Berlin” tərəfindən cəzalandırılıb.

presstvaz xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Almaniya Kubokunun 1/32 final mərhələsində “Bohum”la ev oyununda qırmızı vərəqə almasıdır.

Berlində baş tutan və 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçın 103-cü dəqiqəsində Dadaşov rəqibin üzünə zərbə vurduğu üçün meydandan qovulub.

Komandası isə qalan dəqiqələrdə daha iki qol buraxaraq, 1:3 hesabı ilə məğlub olub və ölkə kubokundan kənarlaşdırılıb.

Birbaşa qırmızı vərəqə millimizin keçmiş forvardının kubok yarışlarından ikioyunluq diskvalifikasiyası ilə nəticələnib. Bununla yanaşı, klub rəhbərliyi də Dadaşova müəyyən məbləğdə cərimə kəsmək qərarına gəlib.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda beş qol vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv