Ərdoğan: “Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə keçəcək”

Ərdoğan: “Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə keçəcək”






presstv

"Presstv"az #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Qafqaz, #Çin, #Ermənistan, #Nazirlər Kabineti, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəngəzur dəhlizi bütün region üçün sülh layihəsidir”.

presstvaz xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, layihə bütün elementləri ilə həyata keçdikdən sonra Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq əməkdaşlıq yeni mərhələyə keçəcək:

“Təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin onurğa sütunu olacaq. Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin ediləcək. Həmin xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.

Türkiyə lideri Zəngəzur dəhlizinin Türkiyə və Cənubi Qafqaz regionu üçün strateji önəmə malik olduğunu vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv