Azərbaycanda pensiyaçıların sayı artıb

Azərbaycanda pensiyaçıların sayı artıb






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #Hadisə, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 166.2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 152.1 min) nəfər, əlilliyə görə 42.1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla, cəmi 221.2 min (müvafiq olaraq 44 min və 219.2 min) nəfər, ailə başçısını itirməyə görə 52.1 min (54.5 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22.9 min (22.6 min) nəfər olub.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4 min ailəsinə 5.9 min uşaq üçün aylıq müavinət verilib.

“Bundan əlavə, 3 215 nəfər bir yaşınadək uşağı olan 3 120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə və beşdən çox uşağı olan 2.8 min qadına 12.8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib. Həmçinin 2025-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 18 min ailəyə 18.7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3.6 min şəxsə müalicə üçün, 3.4 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2.8 min nəfərə birdəfəlik müavinətlər verilib”,- deyə məlumatda qeyd edilir.

Bildirilir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə 80.3 min aztəminatlı ailənin 353.3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 100.37 manat təşkil edib. Həmçinin müxtəlif kateqoriyadan olan 403.3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv