Rumıniya Senatının üzvü: “Qarabağda özümü evimdəki kimi hiss edirəm”

Rumıniya Senatının üzvü: “Qarabağda özümü evimdəki kimi hiss edirəm”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Heydər Əliyev, #Meşə, #Şuşa, #Şuşa şəhəri, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev zirvəsinə qalxan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağda özünü evindəki kimi hiss etdiyini bildirib.

presstvaz “Report”a istinadla xəbər verir ki, eyni zamanda, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan senator Heydər Əliyev zirvəsinə Qarabağ bölgəsindən gəldiyini və bu zirvənin Azərbaycanın, hətta Cənubi Qafqazın ən gözəl yüksəkliyi olduğunu vurğulayıb:

“Bu dağ çox gözəl, hava isə mükəmməldir. Zirvəyə təxminən 6-7 saata qalxdıq. Heç bir problemimiz olmadı. Çətin deyil, amma əzm və səy tələb olunur. Çox gözəl bir dırmanış oldu, problem yaşamadıq, amma dağlar çox güclüdür və mən bu enerjini hiss edirəm. Mən indi Qarabağ bölgəsindən gəlmişəm, Qarabağ Azərbaycanın çox vacib və xüsusi bir bölgəsidir”.

Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağdakı bərpa-quruculuq işlərinə də diqqət çəkib:

“Qarabağda işçilər əzmlə çalışırlar, oranı yenidən qururlar. Bu çox gözəldir, çünki Qarabağ ölkəmin Maramureş bölgəsinə bənzəyir. Orada meşələr, yaşıllıqlar, çaylar var və mən Qarabağda özümü evimdəki kimi hiss edirəm. Bu mənim üçün çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri çox gözəldir. Bu yerlərdə olmaqdan qürur duyuram. Mən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanova təbriklərimi və təşəkkürümü bildirirəm. Bu missiyanı o təşkil etdi və bunun üçün çox minnətdaram”.

Qeyd edək ki, “Heydər Əliyev” zirvəsi Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv