Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu






presstv

"Presstv"az #Araz-Naxçıvan, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

presstvaz-ın məlumatına görə, günün ikinci matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1

Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Araz-Naxçıvan" xallarının sayını 4-ə çatdırıb. "Turan Tovuz" isə 3 xalda qalıb.

Günün ilk görüşündə "Sabah" səfərdə "Şamaxı"nı üstələyib – 2:1.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi" "İmişli" ilə heç-heçə edib. "Sumqayıt" "Qarabağ"ı (1:0), "Karvan-Yevlax" "Kəpəz"i (3:2) məğlub edib. Tura avqustun 25-də "Qəbələ" – "Zirə" matçı ilə yekun vurulacaq.
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv