Çilinin cənubunda güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

Çilinin cənubunda güclü zəlzələ: Sunami təhlükəsi elan edildi






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Hadisə, #Təbii fəlakət, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çilinin cənubunda 7.5 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi yaranıb.

presstvaz-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidmətindən (USGS) məlumat verilib.

Məlumata görə, Cənubi Amerika qitəsində yerləşən Çilinin cənub bölgələrində təbii fəlakət qeydə alınıb. 7.5 bal gücündə zəlzələnin episentri Antarktika yarımadasının sahilləri yaxınlığında yerləşən Dreyk keçidi olub.

Mütəxəssislər bildiriblər ki, yeraltı təkanlar təxminən 10.8 kilometr dərinlikdə baş verib. Bu baxımdan, zəlzələ Çilinin müxtəlif şəhərlərində, eləcə də Argentinanın qonşu regionlarında güclü hiss olunub. Yerli sakinlərin və hadisə şahidlərinin sözlərinə görə, yerin silkələnməsi bir neçə dəqiqə davam edib, bundan sonra insanlar küçələrə axışıb.

Zəlzələdən sonra Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Okeanoqrafiya Xidməti (SHOA) sunami təhlükəsi barədə rəsmi xəbərdarlıq edib. Təşkilat nümayəndələri əhalini diqqətli olmağa çağırıb və bir sıra ərazilərin məcburi təxliyəsini elan ediblər.

Məcburi təxliyəyə sahilyanı torpaqlar, qayalı sahillər, bataqlıq ərazilər, çay mənsəbləri, sahil xətləri, piyada yolları, sahilboyu yollar, balıqçılıq limanları, eləcə də müxtəlif irili-xırdalı yaşayış məntəqələri daxil edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv