Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq

Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq






presstv

"Presstv"az #Bakı, #Masallı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Hazırda Bakıda marketlərdə "yelpənək" xiyar sortunun bir kiloqramı 1 manat 60 – 1 manat 80 qəpik arasında təklif olunur. "Tikanlı" kimi tanınan turşuluq xiyarın isə bir kiloqramı 1 manat – 1 manat 20 qəpik arasında satılır. Satıçılar bunun səbəbini bölgələrdəki hava şəraiti ilə əlaqələndirir. 

Masallı rayon sakini, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda turşuluq xiyarın sahədən topdansatış qiyməti 70, hamar xiyar sortu isə 1 manata təklif olunur: 

"Yelpənək" xiyar sortu isə xəstəliklə qarşılaşdı, tağlar vaxtsız öldü. Normalda 13-17 dəfə xiyar yığımı olurdusa, hazırda bu rəqəm 6-7 arasındadır". 
Fermerin sözlərinə görə, bu il xiyar məhsuldarlığı çox aşağı olub:

"Bu səbəbdən xiyar qıtdır. Hələ sentyabr ayında bir az da bahalaşacaq".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv