Pakistanın baş naziri ölkədəki daşqınlar barədə: “Bu, bir növ qiyamət günüdür”

Pakistanın baş naziri ölkədəki daşqınlar barədə: “Bu, bir növ qiyamət günüdür”






presstv

"Presstv"az #Dollar, #Pakistan, #Təbii fəlakət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanın baş naziri Şahbaz Şərif ölkəni vuran leysan yağışlarını qiyamət günü adlandırıb.

presstvaz-ın “The Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı Xayber-Paxtunxva əyalətində daşqın və sürüşmə qurbanları ilə görüşündə bildirib.

“Təkcə Xayber-Paxtunxvada 350-dən çox bacı və qardaşımız həlak olub, ölkə üzrə ölənlərin sayı isə 700-ü keçib. Bu, bir növ qiyamət günüdür, – deyə baş nazir vurğulayıb.

O, 2022-ci ildə baş vermiş dağıdıcı daşqınları xatırladıb və bu faciədən dərs alınmalı olduğunu vurğulayıb. Həmin vaxt Pakistan ərazisinin üçdə biri daşqınların təsirinə məruz qalmışdı. Təxminən iki min insan təbii fəlakətin qurbanı olmuş, iqtisadi ziyan 30 milyard dollar təşkil etmişdi.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir. Sinoptiklər leysanların sentyabrın ortalarına qədər davam edəcəyini gözləyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv