Sabah üç rayonun bəzi ərazilərində qaz olmayacaq

Sabah üç rayonun bəzi ərazilərində qaz olmayacaq






presstv

"Presstv"az #Qax rayonu, #Qəbələ, #Qəbələ rayonu, #Qış mövsümü

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabah Qəbələ, Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

presstvaz xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində “ölcü qovşaqları”nın quraşdırılması məqsədilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Eyni zamanda, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsində Qəbələ rayonu H.Əliyev pr., 5A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Dövlət Vergi Xidmətinin) qaz xəttinin mənbəyə qoşulması məqsədilə 22.08.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Zarağan kəndinin bir hissəsinin 1 115 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv