Keçmiş SSRİ-nin ən dəhşətli manyakının oğlu Rusiya-Ukrayna müharibəsində ölüb

Keçmiş SSRİ-nin ən dəhşətli manyakının oğlu Rusiya-Ukrayna müharibəsində ölüb






presstv

"Presstv"az #Rusiya, #SSRİ, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Xarkov vilayətində gedən döyüşlər zamanı SSRİ-nin ən dəhşətli manyakı Andrey Çikatilonun oğlu Yuri öldürülüb.

presstvaz xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, silsilə qətllər törədən Andrey Çikatilonun oğlu Ukraynadakı hərbi əməliyyatların lap əvvəlində Rusiyaya qarşı döyüşməyə gedib və 8 ay əvvəl itkin düşüb. O zaman oğul Çikatilo Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölməsinin tərkibində olub. Xarkovdan 20 km aralıda onun dəstəsi Rusiya ordusu tərəfindən kütləvi artilleriya atəşinə məruz qalıb.

Ukrayna əvvəlcə Yuri Çikatilonu itkin düşənlər siyahısına daxil edib və yalnız indi onu ölü kimi tanıyıb. Manyakın oğlu ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunacaq.

Yuri Çikatilo cinayət təqibindən qaçmaq üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Ukraynada o, aliment, kredit və yol cərimələri üzrə külli miqdarda borclarına görə məhkəmə icraçıları və Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Onun atası, Andrey Çikatilo 53 silsilə qətl törədib və 1994-cü il fevralın 14-də edam edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv