Lukaşenko Qərbin Belarus və İrana qarşı sanksiyalarını iqtisadi terrorizm adlandırdı

Lukaşenko Qərbin Belarus və İrana qarşı sanksiyalarını iqtisadi terrorizm adlandırdı






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Belarus, #İran, #Jurnalistlər, #Məsud Pezeşkian, #Müharibə, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Belarus kollektiv Qərb tərəfindən Minsk və Tehrana qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirləri iqtisadi terrorizm hesab edir”.

presstvaz-ın “BELTA” nəşrinə istinadən xəbərinə görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkianla danışıqların yekununda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, Belarus və İran beynəlxalq əməkdaşlığın məsul iştirakçılarıdır və suveren dövlətlər arasında ümumi dəyərləri və qarşılıqlı fəaliyyət prinsiplərini bölüşürlər. Onlar çoxqütblü dünyanın qurulmasına çalışırlar ki, burada hər bir ölkə kənardan müdaxilə olmadan müstəqil şəkildə öz inkişaf yolunu müəyyən edə bilər.

“Respublikalarımız bu təcavüzkar və ikiüzlü sanksiya müharibəsinə uğurla müqavimət göstərir”, – deyə Aleksandr Lukaşenko vurğulayıb.

O, həmçinin Belarusun İranı mühüm siyasi və iqtisadi tərəfdaş kimi nəzərdən keçirdiyini də vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv