UEFA Çempionlar Liqası: “Pafos” “Srvena Zvezda”dan, “Brügge” “Reyncers”dən üstün oldu

UEFA Çempionlar Liqası: “Pafos” “Srvena Zvezda”dan, “Brügge” “Reyncers”dən üstün oldu






presstv

"Presstv"az #"Qarabağ", #Azərbaycan, #Bakı, #Belçika, #Macarıstan, #Reyncers, #Serbiya, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

presstvaz xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.

“Qarabağ”ın “Ferentsvaroş”la səfər matçı ilə eyni vaxtda daha iki oyun baş tutub.

Serbiyanın “Srvena Zvezda” klubu doğma meydanda Kiprin “Pafos” komandası ilə qarşılaşıb. Matç qonaqların minimal üstünlüyü ilə yekunlaşıb – 1:2.

Digər görüşdə isə Şotlandiyanın “Reyncers” klubu Belçikanın “Brügge” komandası ilə üz-üzə gəlib. Meydan sahibləri qonaqların üç qoluna yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar – 1:3.

Xatırladaq ki, komandalar arasında cavab matçları avqustun 27-də keçiriləcək.

19 avqust, 09:04

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

presstvaz xəbər verir ki, ilk oyun günündə üç matç keçiriləcək.

Azərbaycan təmsilçisi “Qarabağ” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olacaq.

Eyni saatda digər iki oyun da baş tutacaq. Serbiyanın “Srvena Zvezda” klubu doğma meydanda Kiprin “Pafos” komandası ilə qarşılaşacaq. Digər görüşdə isə Şotlandiyanın “Reyncers” klubu Belçikanın “Brügge” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçları avqustun 27-də keçiriləcək.

19 avqust

UEFA Çempionlar Liqası, Pley-off

Saat 23:00, “Ferentsvaroş” – “Qarabağ”;

Saat 23:00, “Srvena Zvezda” – “Pafos”;

Saat 23:00, “Reyncers” – “Brügge”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv