“Nine Senses Art Center”də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi açılacaq

“Nine Senses Art Center”də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi açılacaq






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 23-də “Nine Senses Art Center”də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi – “Uomo Natura” açılacaq.

presstvaz-ın məlumatına görə, ekspozisiyada rəssamın təsviri sənət, kollaj və pop-artı abstrakt ekspressionizm elementləri ilə birləşdirən əsərləri yer alacaq.

Layihə insanla təbiət arasındakı əlaqəni – onların gizli ziddiyyətlərini və daxili harmoniyasını araşdırır. Rəssamın əsərlərində abstrakt formalar və simvollar mifoloji və fəlsəfi obrazlarla qovuşur, rəng isə arxetipik enerjilərin ifadəsi üçün intuisiya vasitəsinə çevrilir.

Raminə Səadatxanın tabloları mifin, bədənin və instinktin Şərqə məxsus fakturalarla birləşdiyi emosional landşaftlardır: ənənəvi xalçaçılıqdan tutmuş miniatür rəssamlığa qədər. Bu obrazlar gah şifrələnir, gah da açılır, çoxqatlı interpretasiya məkanı yaradaraq tamaşaçını sənətlə şəxsi dialoqa dəvət edir.

“Uomo Natura” insanın təbiətə qarşı deyil, onun davamı olduğunu bəyan edən bədii manifestdir. Hər birimizin daxilində həm yaradıcı güc, həm də vəhşilik, yaddaş və yenilənmə enerjisi yaşayır.

Qeyd edək ki, Raminə Səadatxan Ə.Əzimov adına Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında təsviri sənət, kollaj və pop-art abstrakt ekspressionizm elementləri ilə qovuşur. Rəssamın mövzuları mifologiya, İncil süjetləri və fəlsəfi konsepsiyaları əhatə edir. Əsərlərində Azərbaycan incəsənət irsinə – xalçaçılıq və orta əsr miniatürlərinə incə istinadlar hiss olunur, lakin bu irs müasir kontekstdə, ənənə ilə avanqardın kəsişməsində təqdim olunur.

2022-ci ildə rəssamın “Xaosun enerjisi” əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan pavilyonunda nümayiş etdirilib və bu, onun beynəlxalq yaradıcılıq bioqrafiyasında mühüm mərhələ olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv