Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb

Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb






presstv

"Presstv"az #Almatı, #Azərbaycan, #Delimitasiya və demarkasiya, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycanın nəzarətində olan iki yüz kvadrat kilometrdən çox Ermənistan torpaqları necə olacaq?"

presstvaz xəbər verir ki, Ermənistanın baş naziri xalqa müraciətində bu suala cavab verməyə çalışıb: "İzah etmək istəyirəm ki, bəyannamə və ilkin razılaşmada hər iki tərəf 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü qəbul edib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın əraziləri keçmiş sovet respublikalarının sərhədləri ilə müəyyənləşir.

Bu məsələlər delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Burada yeni sülh məntiqi işləyir: Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərindən danışarkən biz Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini də qəbul etməliyik. Həll yalnız qarşılıqlı və ədalətli sərhədlərin müəyyən edilməsi prosesi çərçivəsində mümkündür.

Mən başa düşürəm ki, belə vurğular bəziləri üçün ağır qəbul oluna bilər. Amma məhz bu, yeni sülh məntiqidir. Biz reallığa və regiona fərqli baxmalı, yenidən qiymətləndirməliyik". /APA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv