Ədliyyə Nazirliyinin çağrı mərkəzi yenilənib

Ədliyyə Nazirliyinin çağrı mərkəzi yenilənib






presstv

"Presstv"az #Ədliyyə Nazirliyi, #Fərid Əhmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə Ədliyyə Nazirliyinin “881″ çağrı mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.

Çağrı mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.

“881” çağrı mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq olunub.

Fəaliyyətinə 2022-ci ildən başlayan çağrı mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Yenilənmiş mərkəz ən müasir texnoloji avadanlıqlarla – o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.

“881” çağrı mərkəzi vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv