Rusiyanın məşhur şousu Özbəkistanda qadağan edilib

Rusiyanın məşhur şousu Özbəkistanda qadağan edilib






presstv

"Presstv"az #Ailə, #Özbəkistan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın məşhur “Comedy Club” şousu Özbəkistanda etiket standartlarına uyğun gəlmədiyinə görə qadağan edilib.

presstvaz xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, Özbəkistanın Mədəniyyət Nazirliyi “Comedy Club”ın rəhbərliyinə şouda iştirak edən sənətçilərin çıxışlarına qoyulan qadağalar barədə məlumat, həmçinin tövsiyələr göndərib.

Özbəkistandakı konsertin təşkilatçılarından biri isə bildirib ki, hər şey hələ 2023-cü ildə başlayıb. Həmin vaxt Daşkənddə musiqili “Comedy Club” şousunun keçirilməsi nəzərdə tutulsa da, guya texniki səbəblərə görə təxirə salınıb. Daha sonra isə yeni tarix təyin edilməyib.

Lakin təşkilatçıların dediyinə görə, hələ o zaman Özbəkistanın Mədəniyyət Nazirliyi təşkilatçılara rəsmi məktub göndərərək, tamaşada nümayiş etdirilən ailə, nikah, kişi və qadın münasibətlərinin milli mənəviyyata zidd olduğunu qeyd edib.

Yerli konsert və şou-proqram təşkilatçısının dediyinə görə, nazirlik tərəfindən belə qadağaların qoyulması ilk dəfə deyil. Belə ki, sənətçilərin proqramı diqqətlə nəzərdən keçirilir və onun ölkənin mənəvi standartlarına uyğun gəlməsi üçün düzəlişlər edilməsi xahiş olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv