Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu

Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Ərəb Əmirlikləri, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hamzat Çimayev ABŞ-nin Çikaqo şəhərində keçirilmiş UFC 319 turnirinin əsas döyüşündə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion kəmərinə sahib olub.

presstvaz RBK-ya istinadla xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasında anadan olmuş və hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında çıxış edən Çimayev 84 kq-dək çəki dərəcəsində çempion olub.

Tərəflər arasında döyüş beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) Çimayev qalib gəlib.

Ümumilikdə, 31 yaşlı Çimayev MMA karyerası ərzində 15 döyüş keçirib və hamısında qalib gəlib. O, 2020-ci ildən UFC-də mübarizə aparır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv