Putin: “Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır”

Putin: “Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır”






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ lideri Donald Trampla Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır”.

presstvaz gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ankoricdə Rusiya-ABŞ görüşünün yekunları üzrə keçirilən görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, səfər vaxtında və çox faydalı olub.

“Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələri haqqında, lakin ilk növbədə, təbii ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq”, – Putin bildirib.

O qeyd edib ki, Trampla görüşdə Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və əsaslı şəkildə ifadə etmək imkanı olub.

“Söhbət çox səmimi, məzmunlu olub və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, – Rusiya prezidenti bildirib.

Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ liderləri son yeddi ildə ilk dəfə genişmiqyaslı görüş keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında keçirilib və prezidentlərin əhəmiyyətli irəliləyiş barədə bəyanatlar verməsi, lakin heç bir razılaşma imzalanmaması ilə yekunlaşıb. Tramp və Putin əsas məsələləri müzakirə ediblər: Ukraynadakı münaqişəyə son qoyulması, nüvə silahlarına nəzarət perspektivləri, ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrinin bərpası.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv