Bu ilin yeddi ayı ərzində 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yeddi ayı ərzində 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb






presstv

"Presstv"az #Narkotik vasitələrin qanunsuz dövriyyəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 949 kq 473.018 qram narkotik vasitə və psixotrop maddənin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

presstvaz xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 214 cinayət faktı aşkarlanıb. Onlardan 1 632-si narkotik vasitələrin qanunsuz satışı, 3 453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, ikisi bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv