UEFA Superkuboku: PSJ penaltilər seriyasında qalib gəldi

UEFA Superkuboku: PSJ penaltilər seriyasında qalib gəldi






presstv

"Presstv"az #Avropa, #Bakı, #Bavariya, #Fransa, #Futbol, #Hakim, #İtaliya, #Paris, #PSJ, #UEFA Avropa Liqası, #UEFA Çempionlar Liqası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Superkuboku uğrunda matç başa çatıb.

presstvaz xəbər verir ki, İtaliyanın Udine şəhərində yerləşən “Dacia Arena” stadionunda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi “Tottenhem” üz-üzə gəliblər.

İngilislər 39-cu dəqiqədə Van de Venin qolu ilə hesabı açıblar. 48-ci dəqiqə Romero fərqi artırıb – 0:2.

85-ci dəqiqədə Paris təmsilçisi Li Kan İnin sayəsində bu qollardan birinin əvəzini çıxmağı bacarıb. 90+4-cü dəqiqədə isə PSJ Ramuşun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.

Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokuna yiyələnib.

13 avqust, 23:00

İtaliyanın Udine şəhərində UEFA Superkubokunun final matçı start götürüb.

presstvaz xəbər verir ki, “Dacia Arena” stadionunda keçirilən qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ və UEFA Avropa Liqasının qalibi “Tottenhem” üz-üzə gəlirlər.

Matçı portuqaliyalı hakim Joau Pinyeyru idarə edir.

13 avqust, 08:00

Bu gün UEFA Superkubokunun final matçı keçiriləcək.

presstvaz xəbər verir ki, futbol azarkeşlərinin böyük maraqla gözlədiyi qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ və UEFA Avropa Liqasının qalibi “Tottenhem” üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşma İtaliyanın Udine şəhərində yerləşən “Dacia Arena” stadionunda keçiriləcək.

Qeyd edək ki, PSJ son oyununda klublararası dünya çempionatının finalında “Çelsi”yə 0:3 hesabı ilə məğlub olub. “Tottenhem” isə “Bavariya” ilə keçirdiyi yoxlama görüşündə meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

13 avqust

UEFA Superkuboku

Saat 23:00, PSJ – “Tottenhem”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv