Azərbaycana yarım milyon manatdan artıq qaçaqmal dərman gətirildi, sərhəddə yaxalandılar

Azərbaycana yarım milyon manatdan artıq qaçaqmal dərman gətirildi, sərhəddə yaxalandılar






presstv

"Presstv"az #Azərbaycan, #Cinayət işi, #Gürcüstan, #Hadisə, #Qazax, #Qırmızı Körpü, #Siqaret, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycana qaçaqmal yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub.

presstvaz-ın məlumatına görə, hadisə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda baş verib.

Türkiyə vətəndaşı olan Sakit Hassan (adı və soyadı şərtidir) Azərbaycan vətəndaşı olan TIR sürücüsü Azad Əhmədovla (adı və soyadı şərtidir) ilə əlbir olaraq Türkiyədən əldə etdikləri, ümumi dəyəri 558 min 923 manat 49 qəpiklik dərman preparatları və siqareti Türkiyə sərhədindən Gürcüstana keçirərək oradan Azərbaycana gətirmək istəyiblər. Dəstə üzvləri həmin dərman və siqaretləri Türkiyədən Gürcüstana keçirərək oradan Azərbaycana gətirərkən “Qırmızı Körpü”də sərhədçilər tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, dəstə üzvləri bu dərman və siqaretləri Azərbaycanda satmaq üçün beh də alıblar.

Təqsirləndirilən şəxslər saxlanılıblar və faktla bağlı cinayət işi başlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Türkiyə vətəndaşı Sakit Hassan 7 il, Azərbaycan vətəndaşı Azad Əhmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv