Pakistan prezidenti: “Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək”

Pakistan prezidenti: “Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Münaqişə, #Nəqliyyat, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanla Ermənistan arasında əldə olunacaq razılaşma regionda davamlı sülh, sabitlik və rifahın başlanğıcı olacaq”.

presstvaz APP-yə istinadla xəbər verir ki, bu fikri Pakistan Prezidenti Asif Əli Zərdari, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən səsləndirib.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlara əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə olunub.

“Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyat imkanlarının yaxşılaşdırılması iki ölkəni daha da yaxınlaşdıracaq və ortaq rifaha xidmət edəcək”, – deyə Asif Əli Zərdari vurğulayıb.

Pakistan prezidenti, həmçinin qeyd edib ki, İslamabad münaqişələrin qarşılıqlı hörmət və anlayış əsasında dialoq yolu ilə, yəni dinc yolla həllinə inanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv