Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar

Kremlin təbliğat maşınının başında olanlar sülh təşəbbüslərini gözdən salmağa çalışırlar






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Teleaparıcı, #təyyarə, #Ülviyyə Zülfiqar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kremlin təbliğat maşınının başında olan simalar – Dövlət Dumasının deputatı, keçmiş general Andrey Qurulyov, həmçinin Vladimir Solovyov kimi təxribatçı teleaparıcılar öz çıxışlarında açıq şəkildə region xalqları arasında nifaq toxumları səpir, sülh təşəbbüslərini gözdən salmağa çalışırlar”.

presstvaz xəbər verir ki, bunu “Report”a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, bu şəxslərin dedikləri bəzən diplomatik dillə gizlətməyə çalışılan siyasətin “çılpaq” üzünü ortaya qoyur:

“Azərbaycan xalqı yaxın keçmişi unutmayıb. 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olaraq dinc sakinləri qətlə yetirməsindən tutmuş “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində soydaşlarımızın həyatını itirməsinə qədər! Bütün bunların fonunda ya susulub, ya da məsuliyyətdən yayınmağa çalışılıb”.

Ü.Zülfiqar vurğulayıb ki, bu mərhələdə süni maneələr yaradan qüvvələr artıq kənarda qalmalı və prosesə əngəl törətməməlidirlər.

“Sülh prosesi region üçün daha da inkişaf etmək uğrunda atılan təməldir. Normal siyasi düşüncəyə sahib olan hər kəs bu məsələyə məhz bu prizmadan baxmalıdır. Təəssüf ki, nümayiş etdirilən aqressiv ritorika, kimin sülh, kimin isə bölgənin gərginlik nöqtəsi olaraq qalmasını istədiyini açıq şəkildə göstərir”, – deyə o bildirib.

Siyasi şərhçi deyib ki, bu süni gərginlik siyasətinə qarşı ən yaxşı cavab isə real və dayanıqlı sülhün imzalanmasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv