İstəyir, Mixalkov quyruq bulasın, istəyir, Solovyov ulasın – Qudbay, Rusiya

İstəyir, Mixalkov quyruq bulasın, istəyir, Solovyov ulasın – Qudbay, Rusiya






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #dənizdə, #Ermənistan, #İlham Əliyev, #Qroznı, #Rusiya, #Şuşa, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elçin Aslangil yazır…

“Hamı sakit olsun, hər şey yaxşı olacaq!” – Bu səsin qulaqlarımdan keçib, içimdə təlatümlər yaratması yüz təyyarə partlayışına əvəzdir!

Hökumənin səsi nəfəsim kəsilənə qədər içimdə təlatümlər yaradacaq…

Bu səsə qədər qulaqlarımı batıran 366-cı motoatıcı alayın törətdiyi soyqırımı qurbanlarının səsi idi.

Bu səsə qədər Azərbaycan xalqının eşitdiyi çox qadın hönkürtüsü olub – 20 Yanvar faciəsində ərlərini, balalarını, qardaşlarını itirmiş qadınların hönkürtüsünü kim xatırlamır ki?

Şuşada gəlib əsgərlərimizin postuna, düz qulağımızın dibinə qumbara atırdılar – səbir edirdik.

O qumbara rusların nəzarətində olan Laçın yolundan necə keçirilmişdi? – Səbir etmişdik.

O terrorçunu dırnaqarası sülhməramlılar Azərbaycana təhvil vermədilər – səbir etdik.

Rusiya dırnaqarası sülhməramlıları şərait yaradırdılar, Ermənistanın müdafiə naziri Xankəndiyə səfər edirdi, separatçıların hərbi postlarını gəzirdi, medal verib, açılışlarda olurdu – səbir edirdik.

Rusiya Xocalıda erməni uşağını qoruyan rus əsgəri abidəsi ucaltmışdı; səbir etdik, etdik… və səbir kasamız dolub-daşdı!

Rusiya dənizi daşlayırdı, amma bilmirdi ki, dağları, daşları yuyub aparan dalğalar dənizdən başlayır. Əslində, Rusiya daşı dənizə yox, öz topuğuna atdı. Hərçənd ki, bu heç də topuğa vurulan daşa oxşamır, Qafqazda Rusiyanın başına düşən daşa oxşayır.

Qafqazdakı bütün müsibətlərin başı Rusiyadır. Qarabağın qara düyünü Rusiya idi. Repressiyalar təşkil edib, yüzlərlə aydınlarımızı qətl edən Rusiya idi. Qafqaz xalqları arasında nifaq toxumu səpən Rusiya idi. Qroznının girişində “Cəhənnəmə xoş gəlmisiniz!” yazdıran da Rusiya idi.

Erməniləri Qafqaza yerləşdirən Rusiyadır. Erməniləri qızışdırıb, Qars qırğını, Ərzurum qırğını, Bakıda 31 Mart qırğını törədən də Rusiya idi.

Azərbaycanın qələbəsini həzm edə bilməyən də Rusiyadır.

Yekaterinburqda azərbaycanlılara qarşı qətllər törədən rus polisi və ya Rusiya deyilmi?

Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarını bombalayan Rusiya deyilmi?

Qocalıb gücdən düşmüş yaralı ağ ayı başını itirib. Pəncəsini sağa-sola atır. Nəyini atır, kimi tutur, kimi qapır, qapsın – 300 ildə üç min dəfə ölüb-dirilən xalqın ölümdən qorxusu olmaz!

Üzü Metexandan Teymura, Sultan Süleymandan ta İlham Əliyevə qədər 2250 ildə “İpək yolu”na əsrlərlə biz nəzarət etmişik. Yenə biz nəzarət edirik, hər zaman da biz nəzarət edəcəyik!

İstəyir, Mixalkov quyruq bulasın, istəyir, Solovyov ulasın. Bu, belədir.

Rusiya unutmamalıdır: Qarabağ düyününü kəsərək həll edən İlham Əliyevin qolu da, qılıncı da Zəngəzur düyününü çözən eyni qoldur, eyni qılıncdır! Bu dəfə bir az fərqli oldu – İlham Əliyev istədi, qılınc qələmə çevrildi. Qudbay, Rusiya.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv