Rusiyada “WhatsApp” və “Telegram” tətbiqlərinin bloklanmasına başlanılıb

Rusiyada “WhatsApp” və “Telegram” tətbiqlərinin bloklanmasına başlanılıb






presstv

"Presstv"az #Pavel Durov, #Rusiya, #Sosial şəbəkələr, #Vladimir Putin, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada “WhatsApp” messencerinin bloklanmasına başlanılıb.

presstvaz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlardan bəlli olur.

Bildirilir ki, hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur – zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir.

“Wi-Fi” üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir”, – deyə jurnalist Anastasiya Kaşevorova bildirib.

Onun sözlərinə görə, yaxın zamanda bu xidmətlərin tam bloklanması gözlənilir.

Kaşevorova, həmçinin Pavel Durova məxsus “Telegram” messencerində də oxşar problemlərin yarandığını qeyd edərək, adıçəkilən mesencerlər vasitəsilə zənglərlə bağlı çətinliklərin getdikcə artacağını bildirib.

“Baza”nın əməkdaşları da mobil internet üzərindən zənglərin keyfiyyətinin çox zəif olduğunu təsdiqləyiblər – səs tez-tez kəsilir, qarşı tərəfi demək olar ki, eşitmək olmur.

Xatırladaq ki, Dövlət Dumasının IT Komitəsi sədrinin birinci müavini Anton Qorelkin “WhatsApp”ın Rusiya bazarından çıxmağa hazırlaşmalı olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Rusiyada ekstremist təşkilat kimi tanınan “Meta” şirkətinə məxsus bu messencer, məhdudlaşdırılacaq proqram təminatı siyahısına daxil ediləcək. Prezident Vladimir Putin həmin siyahının sentyabrın 1-dək hazırlanması barədə göstəriş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv