İsmayıl Bəqai: “İran və Ermənistan Zəngəzur razılaşmasını müzakirə edəcək”

İsmayıl Bəqai: “İran və Ermənistan Zəngəzur razılaşmasını müzakirə edəcək”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #İran, #İrəvan, #Jurnalistlər, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqtonda baş tutmuş Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib ki, bu gün və sabah Zəngəzur razılaşması ilə bağlı Tehran və İrəvan rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.

“Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən xəbər verir ki, İ.Bəqai bu barədə brifinqdə jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, Tehran Cənubi Qafqaz bölgəsində qonşu dövlətlərlə sıx əlaqələr saxlayır və həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə mehriban qonşuluq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.

İ.Bəqai vurğulayıb ki, sülh müqaviləsinin imzalanması məsələsi yeni deyil və İran əvvəllər də tərəfləri bu istiqamətdə təşviq edib.

Sazişin bağlanmasının regionda sülh və sabitlik üçün dönüş nöqtəsi ola biləcəyini deyən İ.Bəqai, İrəvanla keçiriləcək görüşlərdə vəziyyət barədə daha ətraflı məlumat alacaqlarını və lazım gələrsə, öz mövqelərini və narahatlıqlarını bölüşəcəklərini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv