Türkiyədə zəlzələ: Ölən var

Türkiyədə zəlzələ: Ölən var






presstv

"Presstv"az #Bələdiyyə, #Gəmi, #Güclü zəlzələ, #Haber Global, #Hadisə, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Sosial şəbəkələr, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Balıkesir vilayətinin Sındırqı rayonunda 6.1 bal gücündə zəlzələ nəticəsində insan itkisi qeydə alınıb.

presstvz   “Haber Global”a istinadən xəbər verir ki, Sındırqıda uçan binanın altında qalan 5 sakin xilas edilib.

Xilas edilən vətəndaşlardan biri xəstəxanada həyatını itirib.

Avqustun 10-da axşam saatlarında Türkiyənin Balıkesir vilayətində baş verən 6.1 bal gücündə zəlzələdən sonra 4 nəfər xəstəxanaya yerləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

“Hazırda 4 nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı təhlükədə deyil”, – o, “X” səhifəsində yazıb.

Qeyd edək ki, daxili işlər naziri Ali Yerlikaya “Habertürk” telekanalına açıqlamasında hələ ki, tələfatla bağlı məlumat olmadığını bildirib.

22:25

“Balıkesirdə zəlzələ nəticəsində 10 bina zərər görüb”.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, bunu Sındırqı bələdiyyə başçısı Serkan Sak deyib.

“Bölgəmizdə 10 binada dağıntı baş verib. Uçmuş binalarda 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, digər ikisini isə xilas etmək üçün çalışırıq”, – o bildirib.

Balıkesirdə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından açıqlama verib və bildirib ki, bütün əlaqədar qurumlar hadisə ilə bağlı hərəkətə keçib, lazımi addımlar atılır.

22:01

Türkiyənin Balıkesir vilayətində baş verən 6.1 maqnitudalı zəlzələ nəticəsində yaşayış binaları dağılıb.

presstvaz xəbər verir ki, dağılan binaların görüntüləri sosial şəbəkələrdə yayılıb.

Dağıntılar altında insanların qaldığı güman edilir.

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) bildirib.

Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub.

Güclü zəlzələ İstanbul da daxil olmaqla bir çox vilayətlərdə hiss olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv