“Uğur Ocağı” restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələndi

“Uğur Ocağı” restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələndi






presstv

"Presstv"az #Xuliqanlıq əməli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Uğur Ocağı” restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələnib.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, Xırdalanda yeni istifadəyə verilən “Uğur Ocağı” restoranında səsgücləndiricilər vasitəsilə gecə saatlarınadək musiqi səsləndirilirmiş.

Sakinlər çoxsaylı şikayətlərdən sonra “Xəzər TV”yə çəkiliş üçün müraciət ediblər. Restoranda kassir işləyən 1990-cı il təvəllüdlü Zülfiyyə Bağırova çəkilişə mane olmaq istəyib. Bu zaman peşə fəaliyyətini yerinə yetirən jurnalistin mikrofonunu vuraraq yerə salıb.

Z.Bağırova bildirib ki, jurnalistin mikrofonunu məqsədli şəkildə yerə salmayıb. Deyib ki, jurnalistin onu çəkməsinə etiraz edir:

“Mən etiraz etsəm də, çəkməyə davam edirdi. Mən çölə çıxmaq istəyəndə, arxamca gəlirdi. Geri dönəndə, bilmədən əlim dəydi”.

Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv