Rumıniya mediası: “Vaşinqtondakı tarixi sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır”

Rumıniya mediası: “Vaşinqtondakı tarixi sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #Münaqişə, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rumıniyanın aparıcı media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi sülh sazişini geniş işıqlandırıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, “Stiripesurse” xəbər portalı Prezident İlham Əliyevin imza mərasimində Donald Trampın bölgədə sülhün bərpasındakı rolunu yüksək qiymətləndirərək onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif etdiyini yazıb. Ermənistan tərəfinin də bu təşəbbüsə qoşulduğu qeyd olunub.

“Bursa” nəşri yazır ki, Ağ Evdə imzalanan saziş 35 ildən artıq davam edən münaqişəyə son qoyub və regionda yeni əməkdaşlıq imkanları yaradıb.

“G4Media” imza mərasimindən videomaterial təqdim edərək, Trampın vasitəçiliyi ilə keçirilən görüşün rəsmi atmosferini və liderlərin səmimi münasibətlərini nümayiş etdirib.

“Antena3” xəbər portalı bu hadisəni “möcüzə” adlandıraraq, sülh sazişinin imzalanmasının yalnız siyasi deyil, həm də tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“News.ro” nəşri bildirir ki, həm Azərbaycan, həm də Ermənistan liderləri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi üçün birgə müraciət edəcəklər.

“Evz.ro” qəzeti isə vurğulayıb ki, Nobel təşəbbüsü liderlərin Vaşinqton görüşünün simvolik mahiyyətini gücləndirir və Trampın diplomatik səylərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Rumıniya mediası qeyd edir ki, Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımdır, Nobel təşəbbüsü isə bu tarixi razılaşmanın rəmzi göstəricisinə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv