ABŞ görüşü və “Tramp dəhlizi” – Ankaranın reaksiyası…

ABŞ görüşü və “Tramp dəhlizi” – Ankaranın reaksiyası…






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #Gürcüstan, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Türkiyə, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfər edəcəyi və Ağ Ev sahibi Donald Trampla saziş imzalayacağı xəbəri yayıldıqdan sonra Türkiyənin reaksiyasının necə olacağı da maraqlıdır. Türkiyə mediası hələ ki, bu mövzuya geniş yer ayırmır. Hiss olunur ki, Ankaranın siyasi dairələri Vaşinqtonda imzalanacaq razılaşmaların Türkiyənin milli və təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını araşdırırlar.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü səbirsizliklə gözləyir. Çünki bu halda Türkiyə Ermənistanla sərhədi açacaq və onunla diplomatik münasibətləri bərpa edəcək. Bu, Türkiyənin Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Gürcüstanın strateteji tərəfdaşıdır, zəif halqa Ermənistandır ki, onu da ən azı tərəfdaşa çevirməkdə fayda var. Bu, Ermənistanın Rusiyadan asılılığını daha da azaldacaq. Bunun isə Türkiyə ilə yanaşı Azərbaycana da faydası var. Türkiyədəki bəzi dairələrdə bircə Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verlməsi ilə bağlı müəyyən suallar yarana bilər. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla isti münasibətləri mövcuddur, hər ikisi bir-birinə “dostum” deyə müraciət edirlər. İndiki məqamda Ankara Zəngəzur dəhlizinin “Tramp dəhlizinə” çevrilməsinin əleyhinə olmaz. Ancaq Tramp təxminən 3 il yarımdan sonra Ağ Evi tərk edəcək və bundan sonra Vaşinqtonla Ankara arasındakı münasibətlərin necə formalaşacağını söyləmək çətindir.

Bütün hallarda Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsindənsə, dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi daha məqbuldur. Fikrimcə, Ankarada bu amili nəzərə almamış deyillər”, – o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv