Dövlət büdcəsinin gəlirləri proqnozu 700 milyon manatdan çox üstələyib

Dövlət büdcəsinin gəlirləri proqnozu 700 milyon manatdan çox üstələyib






presstv

"Presstv"az #İqtisadiyyat Nazirliyi, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin ilk 7 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

presstvaz xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 846 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Belə ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 480.9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq proqnozu 707.9 milyon manat və ya 3.1 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 560.8 milyon manat təşkil edərək proqnozdan 598.0 milyon manat və ya 6.0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26.9 milyon manat təşkil edərək proqnozdan 6.9 milyon manat və ya 34.4 faiz, sair daxilolmalar 488.0 milyon manat təşkil edərək proqnozdan 323.3 milyon manat və ya 2.96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 447.3 milyon manat təşkil edərək proqnoza qarşı 100.0 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589.2 milyon manat təşkil edərək proqnozdan 102.8 milyon manat və ya 2.8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368.7 milyon manat təşkil edərək proqnoza qarşı 117.5 milyon manat və ya 24.2 faiz az icra olunub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586.9 milyon manat proqnoza qarşı 19 944.6 milyon manat məbləğində icra edilib ki, bu da 96.9 faiz təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv