Çində qadın 13 ildir mağazanın işığını söndürmür – Səbəbi qeyri-adi olsa da, hər kəsi təsirləndirir

Çində qadın 13 ildir mağazanın işığını söndürmür – Səbəbi qeyri-adi olsa da, hər kəsi təsirləndirir






presstv

"Presstv"az #Çin, #Mobil telefon, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin mərkəzində yerləşən Çanşa şəhərində 60 yaşlı Sun Meyxua adlı qadın artıq 13 ildir ki, mağazasının qarşısındakı işığı gecələr söndürmür. Bu addımın səbəbi isə qadınların özlərini təhlükəsiz hiss etməsinə şərait yaratmaqdır.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” yayıb.

Sun Meyxua 2012-ci ildə ərzaq mağazasını açdıqdan qısa müddət sonra bir neçə gənc qadın ona yaxınlaşıb və bildirib ki, mağaza qarşısındakı işıq onların işdən sonra evə gedərkən özlərini daha güvənli hiss etmələrinə kömək edir. Həmin vaxtdan bəri mağazanın işığı 24 saat yanılı vəziyyətdə saxlanılır.

Bununla kifayətlənməyən Sun mağazanın iş saatlarını da dəyişdirib – indi o gecə saat 2-yə qədər açıq qalır. Bəzi hallarda qadın müştəriləri evə qədər də ötürür. Yerli sakinlər onun bu diqqətinə görə ona “fənər-bibi” ləqəbini veriblər.

Sun Meyxua yaşlı və mobil telefondan istifadə edə bilməyən uşaqlar üçün də bir imkan yaradıb: stasionar telefonunu mağazaya gətirib və ondan pulsuz istifadəyə icazə verib. Qadın deyir ki, telefon hər il köhnəlir və dəyişməyə ehtiyac olur, amma o bu xidməti dayandırmaq barədə heç vaxt düşünməyib:

“Sadəcə olaraq, ehtiyacı olanlara yardım etmək istəyirəm”, – deyə o bildirib.

Sakinlər ona öz ehtiyat açarlarını da etibar edirlər – bəziləri ehtiyat üçün, bəziləri isə ikinci dəsti olmadığı üçün. Sun bu açarları etibarlı şəkildə saxlayır və ehtiyac olduqda qapını açmağa kömək edir.

“Əgər köməyə ehtiyacım olsa, Meyxuanın yanına gedirəm. Mən ona güvənirəm”, – deyə yaşlı qonşulardan biri bildirib.

Sun və həyat yoldaşı bu rayonda artıq 20 ildən çoxdur ki, yaşayır. O, bir vaxtlar sosial yardımla dolandıqlarını və yerli icmadan dəfələrlə kömək aldığını bildirərək, indi etdiyi yaxşılıqları minnətdarlıq əlaməti kimi gördüyünü deyir.

Sun Meyxuanın hekayəsi sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər onun ardıcıl və səmimi yardım istəyini yüksək qiymətləndiriblər – “Bir dəfə kömək etmək asandır. Hər gün bunu etmək isə çətindir”, “Bu mağaza yox, pulsuz sevgi paylanan yerdir”, “Qayğısı da, işığı da pulsuzdur” kimi şərhlər yazıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv