P.Diddi ilə bağlı maraqlı yenilik: İşdə adı hallanan qadınlardan biri reperin azad edilməsini istədi

P.Diddi ilə bağlı maraqlı yenilik: İşdə adı hallanan qadınlardan biri reperin azad edilməsini istədi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Donald Tramp, #Hakim, #Şon Kombs)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-li reper P.Diddinin (əsl adı – Şon Kombs) qurbanlarından biri – Virciniya Hyun adlı qadın onun həbsdən azad olunmasını xahiş edib.

presstvaz-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib.

Qalmaqallı sənətçi ilə əvvəllər münasibətdə olan qızın adı Kombsun işində onun üçüncü qurbanı kimi keçir. Nəşr qeyd edib ki, o, musiqiçinin məhkəməsində iştirak etməyib. TMZ tərəfindən yayımlanan hakimə müraciətində Hyun bildirib ki, reper cəmiyyət üçün təhlükə yaratmır və zaminə buraxıla bilər.

“Mən Şon Kombsu uzun illərdir ki, həm şəxsən, həm də peşəkar planda tanıyıram. Mən onu ilk növbədə ata, ailə başçısı və iş adamı kimi görürəm – o, həmişə bu rolları yerinə yetirməyə çalışıb”, – deyə Hyun yazıb.

Kombsun qurbanı qeyd edib ki, onların münasibətlərində qara və ağ dövrlər olub, lakin reper öz səhvlərini etiraf etməyə və yaxşılığa doğru dəyişməyə hazır olub.

“Bildiyim qədəri ilə, o, artıq uzun illərdir aqressiya nümayiş göstərməyib və ilk növbədə ata olmağa can atıb”, – deyə qadın əlavə edib.

O vurğulayıb ki, sənətçi azadlıqda qaldıqda öz ailəsinin və ondan asılı olan uşaqlarının qayğısına qalmağa davam edəcək.

Daha əvvəl isə məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda sənətçiyə hökm oxunmazdan əvvəl P.Diddiyə tam prezidentlik əfvinin verilməsini ciddi şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, iyulun əvvəlində Manhetten andlılar məhkəməsi Şon Kombsa qarşı beş ittiham üzrə hökm çıxarıb. Reper iki maddə üzrə – fahişəlik məqsədilə insanların transportasiyasında təqsirli bilinib. Onu on ilə qədər həbs cəzası gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv