KİV: Tramp Azərbaycan və Mərkəzi Asiya ölkələrini “İbrahim sazişləri”nə cəlb etməyi düşünür

KİV: Tramp Azərbaycan və Mərkəzi Asiya ölkələrini “İbrahim sazişləri”nə cəlb etməyi düşünür






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişləri”nə qoşulması imkanını müzakirə edir.

presstvaz xəbər verir ki, bu barədə “Times of Israel” yazır.

Qeyd olunur ki, hazırda məsələyə dair danışıqlar davam edir. Bu addımın həmin ölkələrin İsraillə mövcud əlaqələrini daha da dərinləşdirməsini hədəflədiyi bildirilir.

Xatırladaq ki, “İbrahim sazişləri” çərçivəsində (2020-2021-ci illərdə Trampın ilk prezidentlik dövründə imzalanıb) dörd müsəlman ölkə ABŞ-nin vasitəçiliyi ilə İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılıq verib.

Azərbaycan və Mərkəzi Asiyadakı bütün ölkələr isə artıq İsraillə uzunmüddətli əlaqələrə malikdirlər. Buna görə də sazişin onları əhatə etməsi əsasən simvolik xarakter daşıyacaq və ticarət, hərbi əməkdaşlıq kimi sahələrdə əlaqələri gücləndirməyə yönələcək.

Vurğulanır ki, Tramp Administrasiyası Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını “İbrahim sazişləri”nə qoşulmaq üçün şərt kimi irəli sürür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv