Zelenski Rusiyada rejimin dəyişdirilməsini istədi

Zelenski Rusiyada rejimin dəyişdirilməsini istədi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Finlandiya, #Müharibə, #Münaqişə, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərb Rusiyadakı rejimi dəyişməlidir, çünki Ukraynada münaqişə bitdikdən sonra Moskva qonşu ölkələrdə sabitliyi pozacaq.

presstvaz-ın “The Independent”ə istinadən xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyada Helsinki razılaşmasının 50 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Əgər dünya Rusiyadakı rejimi dəyişdirməyi qarşısına məqsəd qoymasa, bu o demək olacaq ki, hətta müharibə bitdikdən sonra da Moskva əvvəlki kimi, qonşu ölkələrdə sabitliyi pozmağa çalışacaq”, – deyə o iddia edib.

“The Independent”in qeyd etdiyi kimi, Zelenski bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti fonunda verib.

Xatırladaq ki, avqustun 1-də Tramp ABŞ administrasiyasının 10 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətində olduğunu bildirib, baxmayaraq ki, bu, Ukrayna böhranının nizamlanması ilə bağlı vəziyyətə əhəmiyyətli təsir göstərməyə də bilər.

ABŞ lideri, həmçinin onun təhdidlərinə hər hansı reaksiya verməyən Rusiya Prezidenti Vladimir Putindən də məyus olduğunu qeyd edib. Tramp 10 günlük müddət bitdikdən sonra Rusiyadan enerji daşıyıcıları alan ölkələrə qarşı ikinci rüsumlar tətbiq edəcəyinə söz verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv