Abşeron xəstəxanasındakı izdihamla bağlı açıqlama – Video

Abşeron xəstəxanasındakı izdihamla bağlı açıqlama – Video






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasında ciddi növbə izdihamı müşahidə olunub.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Teleqraf-a verilən açıqlamada Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayının orta hesabla 3 000-3 500 nəfər təşkil etdiyi bildirilib.

"Müraciət edən hər bir vətəndaşa isə gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır. Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.

Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur.

Yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır. Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib. Eyni zamanda xidmətlərin daha operativ təşkili məqsədilə sənəd, arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub", – məlumatda vurğulanıb.

Əlavə edilib ki, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcək mərhələdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması istiqamətində müvafiq işlər nəzərdə tutulub.

"Qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmətin göstərilməsi məqsədini daşıyır. Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik", – məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv