Kamçatkada bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb

Kamçatkada bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb






presstv

"Presstv"az #Avto, #Bakı, #Güclü zəlzələ, #Jurnalistlər, #Nazirlər Kabineti, #Rusiya, #Yaponiya, #Yeraltı təkanlar, #Zəlzələ, #Zəlzələ ocağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kamçatka sahillərində bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının “Telegram” kanalında bildirilib.

Seysmoloqların məlumata görə, zəlzələlərin maqnitudası 4.5-6.7 arası olub.

07:50

Kamçatkada baş verən zəlzələ və onun yaratdığı sunami nəticəsində Yaponiyada bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi məlumat verib.

Xilasetmə xidmətlərinin məlumatına görə, bir nəfər şəxsi avtomobili ilə Kumamoto prefekturasında sahilyanı ərazini tərk edən zaman baş vermiş avtomobil qəzası nəticəsində həlak olub – sürücü dağ yolunda idarəetməni itirib. Təxliyə zamanı yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sunami nəticəsində ölənlər və yaralananlar, eləcə də ciddi dağıntılar barədə hələlik məlumat verilməyib.

“Biz insanları Milli Meteorologiya İdarəsinin göstərişlərinə əməl etməyə çağırırıq”, -deyə Hayası bildirib.

Yaponiyada sunami xəbərdarlığı ölkənin demək olar ki, bütün Sakit okean sahilləri üçün qüvvədə qalır. Çərşənbə günü hündürlüyü 20 sm-dən 1.3 m-ə qədər olan dalğalar ölkənin şərq, şimal-şərq və şimal rayonlarının sahil zolağında müşahidə edilib.

Ümumilikdə ölkənin Sakit okean sahillərinin 2 milyona yaxın sakini təxliyə əmri alıb. Yaponiya Milli Meteorologiya İdarəsi təxliyə edilənləri sunami xəbərdarlığı tamamilə aradan qaldırılana qədər evlərinə qayıtmamağa çağırır.

06:49

İyulun 31-i, səhər saatlarında Kamçatka yaxınlığında Sakit okeanda 6.3 bal gücündə zəlzələ qeydə alınıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin (VGX) Kamçatka bölməsindən məlumat verilib.

“Cümə axşamı yerli vaxtla saat 11:15-də (Bakı vaxtı ilə 03:15 – red.) 6.3 bal gücündə zəlzələ ocağı Petropavlovsk-Kamçatskdan 178 km şərqdə, dəniz dibinin 39.4 km dərinliyində qeydə alınıb. İnstrumental intensivlik üç bala qədər olub”, – mənbə bildirib.

VGX-nin Kamçatka bölməsinin verdiyi məlumata görə, ötən gecə seysmoloqlar 200-dən çox yeraltı təkan qeydə alıblar, ən çox nəzərəçarpanların maqnitudası 6.5 olub.

Xatırladaq ki, çərşənbə günü yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24 – red.) Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8.8-ə çatıb. Yeraltı təkanların intensivliyi 6-7 bal və daha yüksək arasında dəyişib. Sunami təhlükəsi elan edilib. Şimali Kurildə səhər saatlarında güclü zəlzələ hiss olunub, ondan sonra sunami dalğaları gəlib.

Maksimum su sıçraması təxminən 200 m-ə çatıb. Kamçatkada sunami həyəcanı çərşənbə günü yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 14:30-da – red.), yarım saat sonra Şimali Kuril adalarında ləğv edilib.

Petropavlovsk-Kamçatskda fövqəladə vəziyyət, Kamçatka diyarında isə yüksək hazırlıq rejimi elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv